Moskva Putin daha 200 hərbi helikopter satır
15 may 2015 03:57
Baxış: 276
Şərh: 0
Çap
Hindistan Müdafiə Nazirliyi Rusiyanın “Kamov” şirkətindən 197 vertolyot alacaq.
Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Bloomberg” agentliyi yayıb. Rəsmi Dehli bununla da ölkənin hərbi aviasiyasını yeniləmək niyyətindədir. Vertolyotların hər biri Hindistan ərazisində hazırlanacaq. “Kamov” şirkəti tərəfindən Rusiyanın ən məşhur hərbi vertolyotları istehsal edilir. Bunlar sırasında Ka-52 Alliqator, Ka-226T, Mi-28H “Gecə ovçusu”, Mi-35M, Ka-27 vertolyotları var. Xatırladaq ki, bundan öncə Hindistan Rusiyadan qırıcı Miq və Su təyyarələrini almışdı.
|