» » Nazir liftdən çıxardılar

Nazir liftdən çıxardılar (Foto)

Bölmə: Xəbər, Dünya
Nazir liftdən çıxardılar Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu liftdə qaldı.

Xalqinfo.az-ın məlumatına görə, hadisə Bursa vilayətində nazirin açılış üçün getdiyi binada baş verib.

Bursanın Mustafakamalpaşa rayonunda məhkəmə binasının açılışında iştirak edən nazir Müezinoğlu daha sonra prokurorun xidməti otağına getmək üçün Bursa meri, bələdiyyə sədri və prokurorla birlikdə liftə minib.

Qapısında “Yaşlılar və əlillər üçün” – yazılmış lift üçüncü mərtəbəyə çatmadan ilişərək dayanıb.

Texniki əməkdaşlar liftin qapısını açaraq naziri və bərabərindəki heyəti çıxarıb.

Məlum olub ki, lift üçüncü mərtəbəyə çatmağa 20 cm qalmış dayanıb.
Mənbə
ANS PRESS
Nazir liftdən çıxardılar
Nazir liftdən çıxardılar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler