» » Boksçu metroda ölümcül vəziyyətdə

Boksçu metroda ölümcül vəziyyətdə tapıldı

Bölmə: Xəbər, Dünya
Boksçu metroda ölümcül vəziyyətdə Rusiyalı boksçu Denis Boytsov başından ağır zədə alaraq xəstəxanaya yerləşdirilib.

Xalqinfo.az-ın məlumatına görə, boksçunu ağır vəziyyətdə Berlin metrosunun tunelindən tapıblar.

29 yaşlı idmançı beynindən ciddi zədə aldığına görə həkimlər onu süni komaya salmaq məcburiyyətində qalıblar.

Boksçunun belə duruma necə düşməsi ilə bağlı konkret versiya yoxdu. Ancaq ilkin ehtimallara görə, Denis sərxoş vəziyyətdə olub.

Almaniyanın Hamburq şəhərində yaşayan boksçunun promouteri Kalle Zauerland hadisəni belə şərh edib: "Bədbəxt hadisənin necə baş verdiyini bilmirik. Buna görə də, heç bir şərh verməyəcəm. Biz indi Denis üçün dua etməliyik. Ümid edirəm ki, o sağalacaq".

Boytsov peşəkar rinqdə 37 görüş keçirib, 36 qələbə (27-ci nokautla) qazanıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler