» » Kadırov qoca kişinin 17 yaşlı qızı almasına xeyir-dua verdi

Kadırov qoca kişinin 17 yaşlı qızı almasına xeyir-dua verdi

Bölmə: Xəbər
Kadırov qoca kişinin 17 yaşlı qızı almasına xeyir-dua verdi
Çeçenistan lideri Ramzan Kadırov hesab edir ki, Luiza Qoylabiyeva ilə DİN-in Nojay-Yurt şöbəsinin rəisi Nujud Quçiqovun planlaşdırılmış nikahı ətrafında səs-kuy “hansısa liberal cənablar” tərəfindən sifariş edilib.

Ötən həftə 57 yaşlı bəylə 17 yaşlı gəlinin nikahı barədə məlumatlarda xanım Qoylabiyevanın həddi-buluğa çatmadığına diqqət yetirilib.

Bununla yanaşı Nujud Quçiqovun artıq evli olduğu, Luizanın isə onun "kiçik arvadı olacağı" bildirilmişdi. Rusiyada eyni zamanda birdən artıq nikahda olmaq qanunsuzdur.

Bir müddət keçmiş Çeçenistan rəsmiləri toyun baş tutmadığını bildirmişdilər.

Ramzan Kadırov isə bu barədə mətbuatın yayımladığı xəbərləri "ağ yalan" adlandırıb. Onun sözlərinə görə, gəlin və onun ailəsi nikaha razılığını verib.

"Çeçenistanda heç bir qızı iradəsi əleyhinə ərə vermək mümkün deyil" - deyə qəzetlərin birində Luizanın müdafiəsinə çağırışı şərh edən Kadırov bildirib.

Virtualaz.org saytı BBC-yə istinadən bildirir ki, Kadırov özünün İnstaqram hesabında böyük yaş fərqi olan nikahlara bəraət qazandırıb. Çeçenistan lideri R.Kadırov müğənnilər Maksim Qalkin və Alla Puqaçovanın timsalında belə nikahların Rusiyada yeganə hal olmadığını qeyd edib.

"Nədənsə bu, heç kəsi hiddətə gətirmir, heç kim prokurorluq və İstintaq Komitəsindən yoxlanış tələb etmir!" - deyə R.Kadırov İnstaqram səhifəsində bildirir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler