» » Yeni gömrük rəisi Misir Mərdanovun kürəkənidir

Yeni gömrük rəisi Misir Mərdanovun kürəkənidir

Bölmə: Xəbər, BLOK XƏBƏR
Yeni gömrük rəisi Misir Mərdanovun kürəkənidir
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev üç rayonun gömrük idarəsinin rəisini işdən çıxarıb. Vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir. Artıq onların yerinə təyinat da olub.


“Xalqinfo” aznews.az-a istinadən xəbər verir ki, təyinat alanlardan biri isə keçmiş Təhsil naziri Misir Mərdanovun kürəkənidir. Belə ki, eks-nazirin kürəkəni Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinə rəis təyin olunub. O, bu postdan əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini olub.

Qeyd edək ki, Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundov sərəncama götürülüblər.

Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib.

Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcəklər. Məlumat üçün bildirək ki, İlqar Abdullayev isə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayevin qardaşıdır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler