» » Bu gecə 2 ev yandı –

Bu gecə 2 ev yandı – Azərbaycanda

Bölmə: Xəbər
Bu gecə 2 ev yandı –
Azərbaycanda bu gecə 2 evdə yanğın olub.


aznews.az xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.

İlk yanğın hadisəsi Bakı şəhərinin Nəsimi rayonunda baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 5 otaqlı evin taxta pəncərə çərçivəsi 1 kv.m sahədə və evin arxasında məişət tullantıları 15 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.

İkinci yanğın isə Bərdə rayon mərkəzindən 12 km aralıda yerləşən Kətəlparaq kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə və 1 ədəd televizor yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler