» » Usubov xalqı dinlədi-

Usubov xalqı dinlədi- 24 gənci işə götürdü

Bölmə: Xəbər, MANŞET
Usubov xalqı dinlədi-
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov aprelin 26-da Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Qəbulda Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarından olan sakinlər, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, polis fəaliyyətinə aid olmayanların aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən bölgələrdə yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində işləmək arzusunda olan 80 nəfər də qəbulda iştirak edib. Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 24 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler