» » Güclü yağış Xaçmazda piyada körpüsünü dağıtdı

Güclü yağış Xaçmazda piyada körpüsünü dağıtdı

Bölmə: Xəbər
Güclü yağış Xaçmazda piyada körpüsünü dağıtdıŞimal bölgəsinə yağan güclü yağış çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub. Xaçmaz rayonu Amsarqışlaq kəndi ərazisindən keçən Ağçay çayının üzərində bələdiyyənin inşa etdiyi piyada körpüsü dağılıb.


apa-nın şimal bürosunun verdiyi məlumata görə, sel nəticəsində çayda suyun səviyyəsi qalxıb. Bunun nəticəsində kəndlilərin avtomobil yolu kimi istifadə etdiyi Alıc Qışlaq, Qaracik, Aşağı Zeyid, Qədimalı Qışlaq kəndlərinə gedən yol bağlanıb.


Xaçmaz Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İsmət Hüseynovun APA-ya verdiyi məlumata görə, çayda su çox olduğundan hazırda ərazidə texnikanın işləməsi mümkünsüzdür. Onun sözlərinə görə, yarana biləcək təhlükəni aradan qaldırmaq üçün qısa müddətdə əraziyə texnika cəlb olunacaq.


Qeyd edək ki, mayın 5-də şimal bölgəsində bəzi yaşayış məntəqələrinə güclü yağıntının düşməsi nəticəsində çaylarda suyun səviyyəsi 5-12 sm artıb. Xaçmaz rayonu ərazisindən keçən bütün çaylarda suyun səviyyəsi qalxıb, lakin daşqın təhlükəsi yoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler