» » Obamanın Rusiya planı uğur qazana biləcəkmi?

Obamanın Rusiya planı uğur qazana biləcəkmi? "New York Times"

Bölmə: Xəbər
Obamanın Rusiya planı uğur qazana biləcəkmi?
“New York Times” qəzetinin siyasi şərhçisi Petr Beyker Obamanın Rusiya siyasətini təhlil edib.

Xalqinfo xəbər verir ki, Beyker Krımın Rusiyaya birləşdirilməsi hadisəsindən sonra Obamanın dünyanın ən böyük ölkəsinə qarşı mövqeyini dəyişdiyini bildirib. Beyker yazır ki, Obamanın Rusiyaya qarşı bu gün yürütdüyü siyasət ABŞ-ın 2-ci dünya müharibəsindən sonra SSRİ-yə qarşı yürütdüyü siyasətə çox bənzəyir.

"Soyuq müharəbədə olduğu kimi, Obama Rusiya ilə iqtisadi-siyasi əlaqələrini kəsilmək həddinə çatdırıb, ölkə sərt iqtisadi sanksiyalarla hədələnir.

Obama bu gün faktiki olaraq Corc Kenanın 1947-ci ildə SSRİ-yə qarşı olan siyasi xəttini təkrar edir. Corc Kenanın bu xətti SSRİ-nin süqutuna qədər davam etdi. Obamanın hazırkı prioriteti Rusiyaya qarşı ittifaq yaratmaqdı, ABŞ adminstrasiyası bu ittifaqa hətta Çinin təmsil olunmasını isdəyir. Müəllif daha sonra qeyd edir: Sössüz ki, bu çox doğru strategiyadı. Düzdü, Rusiya SSSR deyil və onun qədər də qüdrətli deyil amma Rusiya yenə də dünyaya fəlakətlər bəxş edə biləcək bir ölkədir. Düzdü, Rusiya Fuldsk dəhlizinə minlərlə tnklarının lüləsini tuşlamayıb. Amma Rusların Krımı demək olar ki, heç bir döyüşsüz ələ keçirməsi onların təkcə silah gücünə güvənmədiklərini göstərdi. Rusiya iqtidarının çoxsaylı çatışmamazlıqlarının olmasına baxmayaraq onlar dünya ilə normal münasibət qura bilirlər. Nəzərə alaq ki, Rusiyada hazırda bir neçə dəqiqənin içində istədiyi ölkəyə istiqamətləndirə biləcəyi nüvə başlıqları mövcuddur.
Rusiya kimi ölkə ilə mübarizə aparan zaman xüsusi diqqətli olmaq lazımdı. Rusiyanın ABŞ-la yanaşı Avropa ölkələri ilə də geniş əlaqələri mövcuddur.”

Beyker bu yazısında ABŞ siyasəti haqda geniş yazmasa da bu siyasətin getdiyi yolu cəmiyyətə çatdırıb.
Beykerin yazdığına görə, ABŞ üçün Brazilya, Çin, Hindistan kimi ölkələrin Rusiya ilə olan isdi münasibətinə xələl gətirməsi inandırıcı görsənmir: "ABŞ hətta ən yaxın müttəfiqi olan İsraillə belə Rusiya məsələsində ortaq məxrəcə gələ bilmir. SSRİ-dən fərqli olaraq Rusiyanın dünya ölkələri ilə daha geniş iqtisadi əlaqələri var. Sözsüz ki, dünyanın ən böyük dövləti ilə iqtisadi əlaqəsi olan ölkələr bir qələmdə Rusiyanı silmək iqtidarında deyillər. Bu onların özü üçün ağır iqtisadi böhranla nəticələnə bilər, nec ki, biz bunu ind Ukraynada görürük.

Müəllif yuxarıda qeyd olunanları sadalayaraq bildirir ki, Obamanın Rusiyaya qarşı ittifaq yaradacağını müşkül məsələ adlandırıb və güman edib ki, bu ölkələr mövcud kurslarına sadiq qalacaq.
Avropa.info

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler