» » “Qafqaz” Univeristetinin rektoru ölkədən getməyəcək

“Qafqaz” Univeristetinin rektoru ölkədən getməyəcək

Bölmə: Xəbər
“Qafqaz” Univeristetinin rektoru ölkədən getməyəcək
“Ənvər Özərən ölkədən getməyəcək”.

Bu sözləri “Axar.az”a açıqlamasında Ənvər Özərənin vəkili Emin Qurbanov deyib.

Vəkil Ənvər Özərənin Azərbaycandan deportasiya olunacağı ilə bağlı yazılanların hamısının yalan olduğunu bildirib:

“Bu barədə Türkiyə mətbuatında informasiya yayılmışdı. Daha dəqiq desəm, “Aydınlıq” qəzetində çap olunmuşdu. Amma o da təkzibini tapdı. Ənvər Özərinin ölkədən getməsi ilə bağlı yayılan informasiyaların hamısı yalandır”.

Qafqaz Univeristetinin İctimaiyyətlə Əlaqələr üzrə Prorektoru Natiq Paşa isə yayılan xəbərin ümumiyyətlə həqiqəti əks etdirmədiyini söyləyib:

“Ümumiyyətlə yayılan xəbər tam yalandır. Bu, heç bir həqiqəti əks etdirmir. O, hazırda iş başındadır. Bu gün günortaya qədər İdarə heyətinin iclası keçirilib və rektor da həmin iclasda olub”.

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və digər bir sıra şəxslərin Azərbaycandan deportasiya ediləcəyi ilə bağlı informasiya yayılmışdı.

Qafqaz Universitetinin rektoru Əhməd Sanıç isə yayılan xəbərlərin əvvəllərdə olduğunu bildirib. O bu tip informasiyaların təkrar yayınlandığını söyləyib və yaxın müddətdə Təhsil Nazirliyinin bununla bağlı açıqlama verəcəyini güman etdiyini söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler