» » Rusların Gürcüstana hücumu

Rusların Gürcüstana hücumu (Video)

Bölmə: Xəbər, Dünya
Rusların Gürcüstana hücumu Gürcüstanda Putinə yaxın rus baykerlərin yerli sakinlərin telefonunu sındırması, onların motosikləetlərini işğal rəmzi olan Georgi lenti ilə bəzəməsi Ermənistanın bəzi dairələrini qorxuyu salıb.

Xalqinfo.az-ın məlumatına görə, mayın 1-də baş vermiş bu hadisədən sonra əsasən Qərbə meylli olan erməni politoloqlar yaxın zamanlarda Gürcüstanın Rusiya tərəfindən işğala məruz qalacağından narahatdırlar. Onların fikrincə, keçmiş SSRİ-ni rus torpaqları sayan Rusiya baykerlərinin bu cəhdi Gürcüstanda həm vətəndaşlar, həm də dövlət tərəfindən etirazla qarşılaşır.

Amma Ermənistanda isə vəziyyət əksinədir. Ermənilər özləri avtomobillərinə üzərinə "xatırlayırıq və tələb edirik" sözləri Georgi lenti bağlayırlar. Yəni Ermənistan əhalisi açıq-aydın sovet dövrünə qayıtmaq istəyir.

Erməni politoloqlar buna görə də dövlət müstəqilliklərini tezliklə itirəcəklərini düşünürlür. Məsələ bundadır ki, hazırda Rusiya Mahaçqaladan Gürcüstan sərhədinə qədər hərbi Dağıstan yolu çəkir və Gürcüstanın Dağıstanla sərhəd rayonalarının çoxmillətli əhalisinə, həmçinin Ermənistanla sərhəddə yerləşən Axalkalaki rayounun erməni sakinlərinə Rusiya pasportu paylayır.

Bu, əksər ekspertlərdə Rusiyanın tezliklə gürcülərin çox az yaşadığı bu regiona hərbi müdaxilə edəcəyi qənaəti doğurur. Həmin layihə gerçəkləşərsə, Ermənistan yenidən Rusiya iştalı altına girəcək.



Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler