» » "Ruhuma çiləndi yaz yağışı tək"

"Ruhuma çiləndi yaz yağışı tək"

Bölmə: Xəbər, KİTAB ALƏMİ
"Ruhuma çiləndi yaz yağışı tək"




Qeyri adi səs diapazonuna malik,nəğmələri ilə könülləri oxşayan ,ruhumuzu təzələyən,mənəvi dünyamızın saflıq və təravət bəxş edən elin nəğəməkar oğlu Şəmsi Abbasova.
Xalqinfo.az təqdim edir.
Ruhuma çiləndi yaz yağışı tək

Ruhuma çiləndi yaz yağışı tək
Bu avaz önündə dağlar baş əydi.
Sinəmdə od tutub alışdı ürək,
İçimdə göyərən bu nəğmə nədi?

Nəydi bu seygahın qəsdi bilmədim,
Yanıqlı ney kimi göynətdi məni.
Muğamla göyərən səsdi, bilmədim,
Qovura qovura dirçəltdi məni.

Bu necə hikmətdi,bu necə sirdi,
Könüldən könülə bahar ələdi.
İtaət eyləyək bu necə pirdi?
Külli məxluqatı nura bələdi.

Biraz kövrək,bir az həzin sədalı,
Bu nəğmənin axarında duruldum.
Hər ilməsi necə rəngli,butalı,
İlmələrin sığalına vuruldum.

Bu sənət yolları haylı haraylı,
Qaynayıb durulan bir dağ çeşməsi.
Bu nəğməli ömür gör neçə laylı,
Şəmsi bu varlığın bir nişanəsi.

Çəkdim ciyərimə,çəkdim doyunca,
Hərdən sevinc dolu göz yaşı oldum.
Ruhum təzələndi nəğmə boyunca,
Araz tək kükrədim,Araz tək doldum.

Tanınmış şair: Dilsuz Musayev

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler