» » Həmyerlilərimiz

Həmyerlilərimiz çıxarıldı

Bölmə: Xəbər
Həmyerlilərimiz Nepaldakı təbii fəlakət bölgəsindən Azərbaycan və Gürcüstan vətəndaşlarını təxliyə edən təyyarə paytaxt Katmandudan Bakıya yola düşüb.

Xalqinfo.az bildirir ki,Fövqəladə Hallar Nazirliinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarədə 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı var.

Nepaldan çıxan təyyarə əvvəlcə Hindistan ərazisində eniş edəcək. Daha sonra İran ərazisində düşən təyyarə sabah səhər saatlarında Bakıya çatmalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler