» » Nəqliyyat Nazirliyində vacib

Nəqliyyat Nazirliyində vacib toplantı

Bölmə: Xəbər
Nəqliyyat Nazirliyində “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq məqsədilə Bakı şəhərində avtobus və taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən iri daşıyıcılarla görüş keçirilib.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı sərnişindaşıma xidmətlərinin mövcud vəziyyəti və çatışmazlıqlar daşıyıcılarla ətraflı müzakirə edilib.

Çatışmazlıqların aradan qaldırılması, həmçinin tətbiq olunan yeniliklər barədə rəy və təkliflər dinlənilib.

Oyunlar zamanı nümunəvi xidmətin təşkili məqsədilə nazirliyin aidiyyəti struktur bölmələrinə və daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler