» » Bakıda avtobus dəhşətli qəza törətdi:

Bakıda avtobus dəhşətli qəza törətdi: məktəbli öldü

Bölmə: Xəbər
Bakıda avtobus dəhşətli qəza törətdi: 88 saylı avtobus 13 yaşlı məktəblini vurub

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib. lent.az-ın məlumatına görə, Nəsimi rayonu, Azadlıq prospektində "Çinar" MMC-yə məxsus olan və 88 saylı xətt üzrə hərəkət edən "Karsan" markalı, 90 TH 414 nömrəli avtobus 10-12 yaşlı oğlanı vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar nəticəsində ölən piyadanın 2002-ci il təvəllüdlü Məmmədov Murad Həsən oğlu olması müəyyən edilib. Onu vuran avtobusun sürücüsü, Gəncə sakini Atayev Seymur Taryel oğlu polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler