» » Bakı səhəri dəhşətli qəza ilə açdı:

Bakı səhəri dəhşətli qəza ilə açdı: ölən və yaralananlar var

Bölmə: Xəbər
Bakı səhəri dəhşətli qəza ilə açdı: Binəqədi rayonunda baş verən qəza nəticəsində yolda böyük tıxac yaranıb
Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Binqədi rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə saat 07:45-də Azadlıq prospektində, Rəsulzadə qəsəbəsinə gedən yolda baş verib.

Həmin ərazidə "VAZ-2107"markalı avtomobillə "VAZ-21015" markalı maşın toqquşub. Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə polis, dövlət yol polisi, xilasedicilər və təcili yardım həkimləri cəlb olunublar. Qəza baş verən ərazidə böyük tıxac yaranıb.

Qəza nəticəsində 4 nəfər ağır yaralanıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü sıxılmış avtomobildə qalaraq dünyasını dəyişib.

Digər yaralılar Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler