» » "Volkswagen" "Jiquli"i aşırdı:

"Volkswagen" "Jiquli"i aşırdı: yaralılar var

Bölmə: Xəbər
"Volkswagen" "Jiquli"i aşırdı: Bu gün səhər saatlarında Ələt-Astara magistralının 203-cü km-də, yolun Lənkəran şəhərindən keçən hissəsində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Aşağı Nüvədi qəsəbə sakini İlqar Əhmədovun idarə etdiyi "Volkswagen" markalı maşın Ələt istiqamətində hərəkətdə olarkən şəhər sakini Emil Kazımzadənin idarə etdiyi "VAZ-2106" markalı maşın qəfildən Lənkəran Lerik yolundan qarşısına çıxıb.

Nəticədə avtomobillə toqquub. Zərbənin təsirindən "VAZ-2106" aşıb. Maşının sürücüsü ağır xəsarət alıb.

"Volkswagen" markalı maşının sürücüsü və maşında olan sərnişin 46 yaşlı Sərraf Abbasov da qəzadan xəsarətsiz ötüşməyiblər. Hər 3 yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda "VAZ-2106" markalı avtomobilin sürücüsü 24 yaşlı Emil Kərimzadənin vəziyyətinın ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır, qəzanın baş vermə səbəbləri araşdırma nəticəsində bəlli olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler