» » Prezident 2 milyard

Prezident 2 milyard itirdi

Bölmə: Xəbər, İqtisadiyyat
Prezident 2 milyard Ukraynanın prezidenti Petro Poroşenko 2 milyard rublunu (40 milyon 600 milyon manat) itirib.

Xalqinfo.az-ın məlumatına görə, Rusiyada yerli rayon məhkəməsi "Roshen" holdinqinin ölkə ərazisindəki 2 milyard rubl dəyərində olan mülkünə həbs qoyub. Şirkətin baş menecerləri 180 milyon rublluq (3 milyon 654 min manat) dələduzluqda günahlandırılırlar.

Həbs Rusiyadakı "Roshen" Lipetsk şirniyyat fabriki"ndə yerləşən 4 istehsalat kompleksinə, hazır məhsul anbarına və inzibati binaya aid edilib.

Qeyd edək ki, əmlakın həbsindən əvvəl "Roshen" Lipetsk şirniyyat fabriki"ndə və onun baş menecerlərinin evində sənədlərin axtarışı aparılıb və tapılan sənədlər müsadirə edilib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler