» » Vəhabi kral 32 milyard

Vəhabi kral 32 milyard ziyana düşdü

Bölmə: Xəbər, Dünya
Vəhabi kral 32 milyard Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrinin koalisiyasının endirdiyi hava zərbələri Yəmənə 32 milyard dollar ziyan vurub.

Xalqinfo.az-ın xəbər verir ki, martın 26-da başlanan “Qətiyyət tufanı” əməliyyatı çərçivəsində Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 3125 yerüstü hədəfə zərbə endirib.

Üsyançıların iddialarına görə, bu zərbələrdən yalnız 137-si hərbi obyektlərə yönəlib. Hava zərbələrinin 644-ü paytaxt Səna şəhəri və onun ətrafına, 525-i isə şimalda yerləşən Saada əyalətinə endirilib. Dağıdılan mülki obyektlər arasında 26 sənaye müəssisəsi, 31 ticarət mərkəzi, 23 məktəb, 21 məscid, 9 hospital, 7 stadion, 5 elektrik stansiyası da var. Bundan əlavə, 7 min ev və 51 dövlət idarəsi də zərər görən obyektlər sırasındadır.

Ərəb koalisiyasının hərbi əməliyyatları nəticəsində həlak olanların və yaralananların 4560 nəfərini mülki şəxslər, yalnız 368-ni hərbçilər təşkil edir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler