Serjin Atatürk qorxusu

Bölmə: Xəbər, Dünya
Serjin Atatürk Sovet İttifaqının xariсi işlər nazirinin Türkiyə səfəri zamanı Atatürkün mavzoleyinə gül çələngi qoyması bizə acı verirdi.

Xalqinfo.az-ın məlumatına görə, Rusiyanın "1-сi" kanalında jurnalist Vladimir Poznerin qonağı olan Serj Sarkisyan sovet illərində bir erməni kimi yaşadığı üzüntülərdən danışıb. Erməni prezident fikrini izah etməyə çalışıb: “Çünki o çələng, Ermənistanı da təmsil edirdi". Müsahibə zamanı erməni prezident müasir Türkiyə rəhbərliyinin uydurma soyqırımı tanımasının vaсibliyini də iddia etməkdən çəkinməyib.

Poznerlə müsahibə Serj Sarkisyanın 1915-ci il hadisələrinin Türkiyənin üzərinə yıxmaq üçün növbəti əsassız cəhddən başqa bir şey deyil. Xüsusilə, Türkiyə respublikasının yaradıjısı Mustafa Kamal Atatürkün bu məsələyə heç bir dəxli yoxdur.

Ermənilərin istinad etdiyi Van hadisələri 1915-ci ildə baş verib. Həmin günlərdə Mustafa Kamal Atatürk Çanaqqala savaşında olub. O, yalnız Osmanlının təslim aktını imzaladığı 1918-ci ildən sonra Qurtuluş hərəkatına qoşulub və yalnız 1923-cü ildə Türkiyə prezidenti seçilib.

Van hadisələri isə tarixdə soyqırım kimi deyil, erməni vətəndaşların Osmanlı imperiyasına xəyanəti kimi yadda qalıb.

Məsələ bundadır ki, 1915-ci ilin aprel ayında Osmanlı imperiyasının Van şəhərində baş vermiş və ermənilərin soyqırım kimi qələmə verdiyi hadisələr rusların xeyrinə üsyan kimi başlayıb. O vaxt Rusiya ordusu Türkiyənin içərilərinə doğru irəliləyirdi və bunu görən erməni milliyyətçiləri Vana toplaşaraq rusları gözləməyə başladılar. Aprelin 19-da üsyan edən ermənilər şəhərdəki türklərə hücum etdilər. Daha sonra Rusiya ordusu şəhəri mühasirəyə aldı. Müxtəlif yerlərdən gəlmiş 40 minə yaxın erməni könüllüsü rusların tərəfindən vuruşurdu.

Hadisələr zamanı 15 minə yaxın türk dünyasını dəyişdi. Mayın 16-da mühasirəni dağıdan Osmanlı hakimiyyəti təhlükəsizlik məqsədi ilə zonadakı erməniləri Aralıq dənizi sahillərinə köçürmək barədə qərar verib. Köç zamanı yolda müəyyən sayda ermən həlak olub ki, ermənilər bunu soyqırım kimi təqdim etmək istəyir, Van xəyanəti barədə faktları isə gizlətməyə çalışırlar.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler