» » İlham Əliyev həmkarları ilə görüşdü

İlham Əliyev həmkarları ilə görüşdü

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev həmkarları ilə görüşdüPrezident İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Makedoniya Respublikasının prezidenti George İvanov ilə görüşüb.

Xalqinfo.az-ın məlumatına görə, dövlət başçısı Makedoniya Respublikasının Prezidenti George İvanov ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi sahədə də genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Makedoniya prezidenti George İvanov Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar münasibətilə dövlət başçısını təbrik edib və ölkəmizin inkişafı ilə bağlı xoş arzularını söyləyib. George İvanov birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əməkdaşlığımızın enerji, sərmayə qoyuluşu, birgə layihələrin icrası, təhsil və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliyev ilə də görüşüb.

Dövlət başçısı Bolqarıstan prezidenti Rosen Plevneliyevin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğulayıb.

Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən prezident İlham Əliyev Bolqarıstana səfərini və səfər zamanı strateji tərəfdaşlıq haqqında imzalanan sənədi məmnunluqla xatırlayıb.

Bolqarıstan prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərdiyini deyib. Rosen Plevneliyev Bolqarıstan ilə Azərbaycan arasında mövcud ikitərəfli əlaqələrin, əldə olunan razılaşma və anlaşmaların regional əməkdaşlığın genişləndirilməsi baxımından da rolunu xüsusi qeyd edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler