» » Bu da qızıl iPhone 6 (Foto)

Bu da qızıl iPhone 6 (Foto)

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Bu da qızıl iPhone 6 (Foto)Azərbaycanda dövlət atributlarının və ümummilli lider Heydər Əliyevin rəsminin əsk olunduğu telefonlarla məşhurlaşmış Caviar italyan şirkəti yeni iPhone 6 smartfonlarını təqdim edib.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, Caviar brendinin qızıldan hazırlanmış və nadir daş-qaşlarla bəzədilmiş Apple iPhone 6 smartfonlarından ibarət Unico kolleksiyası xüsusi diqqətə layiqdir. İtaliyanın zəngin tarixindən ilhamlanaraq yaradılmış bu telefonların hər biri sahibinin nəfis zövqündən və xarakterindən xəbər verir.

Renessansın bədii ənənəsini davam edərək, Caviar zərgərləri bu dəfə dünya dinlərinə müraciət ediblər. Caviar Credo Medina Oro smartfonu İslama hörmət haqqını və ehtiramları verir. Telefonun dizaynı müsəlman inamının qanunauyğun rəmzlərini və zərgərlik işinin misilsiz cəlalını birləşdirir. Ağ qızıldan panno "isliminin" və "qirix-in" ənənəvi texnikalarında hörmə yazıyla, eləcə də Mədinə şəhərindəki məscidlərin təsvirlərilə bəzənmişdir. Bu smartfonun yaradılması üçün 4 gün iş tələb olunub.

Caviar brendinin yaradıcı olan İliya Cakomettinin görkəmli şəxsiyyətlərə, dövlət başçılarına, imperatorlara olan sevgisi onun işlərində də əksini tapır. Unico Alligatore LE smartfonunun hazırlanmasında timsah dərisi və üzərində Yuli Sezarın qoşa atlı legionunun simvolikası həkk olunmuş qızıldan istifadə olunub. Perla Penna ustaları ən dəqiq oyma alətlərindən istifadə etməklə, bir neçə gün ərzində qızıl bagetin belə nəcib şəkildə bəzədilməsinə nail ola biliblər.

Caviar Unico kolleksiyasından olan daha bir diqqətə layiq smartfon Unico Costa D'Oro-dur. "Qızıl sahil" adını alan yeni model özündə Cakometti ailəsinin zərgərlik ənənələrini və irsini əks etdirir.

Xatırladaq ki, Caviar kolleksiyaları limitli tirajla buraxılır. Telefonların hamısı əl işidir, əvvəlcə onun eskizləri üzərində İliya Cakometti özü çalışır. O, rəsmlərində lakonik formalardan istifadə edir, zərgərlər isə metalın cilalanması, miniatür detalların kəsilməsi, naxışların və seriya nömrələrinin çəkilməsi üzərində çalışırlar. İşin yekunlaşdırılmasından sonra usta yaratdığı nüsxəni şəxsən imzalayır. Keyfiyyətin rəmzi olan imza hər qızıl telefonun arxa panelində yerləşir.
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)
Bu da qızıl iPhone 6 (Foto)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler