» » Paytaxtda saxta manat

Paytaxtda saxta manat əməliyyatı

Bölmə: Xəbər
Paytaxtda saxta manat Bakıda mağazalara saxta pul təqdim edən şəxs tutulub.

Xalqinfo.az bildirir ki,Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 25-də saat 03 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əsginas verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən edilib və həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler