» » Şəkidə iki uşağı it dişlədi

Şəkidə iki uşağı it dişlədi

Bölmə: Xəbər
Şəkidə iki uşağı it dişlədiŞəkidə iki azyaşlını it dişləyib
Şəki Rayon Mərkəzi Xəstəxanasından apa-ya verilən məlumata görə, aprelin 26-sı saat 20 radələrində rayonun Çayqaraqoyunlu kənd sakini, 2006-cı il təvəllüdlü Əsmayə Vüqar qızı Əliyeva sol budun aşağı nahiyəsinin it dişləməsi yarası, saat 22 rədələrində isə Şəki şəhəri Ziya Bünyadov küçəsi, ev 48 ünvanında yaşayan, 2005-ci il təvəllüdlü Altun Vüqar oğlu Xəlilov sol sağrının və döş qəfəsinin sağ yarısının it dişləməsi yarası ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi zamanı məlum olub ki, hər iki azyaşlını yaşadıqları evdə öz itləri dişləyib.

Ə. Əliyevaya və A. Xəlilova quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler