Moskva Tehrana yalvarır

Bölmə: Xəbər, Dünya
Moskva Tehrana Rəsmi Moskva Tehrandan Beynəlxalq Arbitraj Məhkəməsində qaldırdığı iddianı geri götürməyi xahiş edib.

Xalqinfo.az xəbər verir ki, İran Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək 2010-cu ildə S-300 raket komplekslərini vaxtında çatdırmadığı üçün Rusiya qarşısında 4 milyard dollar cərimə ödəməsi tələbini ortaya qoyub.

Avstriya paytaxtı Vyanada İranın nüvə proqramı ilə bağlı problemin nizama salınması üzrə "Altılıq" ölkələrinin siyasət rəhbərlərinin koordinasiya görüşündə iştirak edən Rusiya nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Sergey Ryabkov bu məsələ barədə açıqlama verib.

O deyib ki, biz ikitərəfli görüşdə bu barədə ciddi danışdıq və Tehranın bu iddianı geri götürməsini xahiş etdik.

Bu il aprelin 13-də isə Prezident Vladimir Putin S-300 zenit raket sistemlərinin Tehrana çatdırılmasına qoyulan qadağanı ləğv edib. Lakin İrana S-300 zenit-raket komplekslərinin çatdırılmasına yaxın vaxtlarda başlamaq çətin olacaq.

Tehran isə hələ aprelin 15-də açıqlayıb ki, 2015-ci ilin sonuna kimi raket komplekslərini gözləyir.

Xatırladaq ki, 2010-cu ilin sentyabrında BMT-nin Təhlükəsizlik Şurası Moskvaya qarşı İrana S-300 raket sistemlərinin çatdırılmasına qadağa qoyulması haqqında qərar qəbul edib. Tehran Rusiya tərəfindən 4 milyard dollar təzminat ödənməsi tələbi ilə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler