» » Motosiklet minik maşını ilə toqquşdu:

Motosiklet minik maşını ilə toqquşdu: Yaralılar var

Bölmə: Xəbər
Motosiklet minik maşını ilə toqquşdu:Bakıda motosiklet minik maşını ilə toqquşub.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 24-də saat 03 radələrində Yasamal rayonunun Tbilisi prospektində qeydə alınıb.

Bakı şəhər sakini Tərlan Ələsgərovun idarə etdiyi “Suzuki” markalı motosikletlə Abşeron rayon sakini Sevinc İsmayılovanın idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Nəticədə hər 2 sürücü və S.İsmayılovanın sərnişini xəstəxanaya yerləşdiriliblər.

T.Ələsgərovun vəziyyəti orta-ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler