» » İrəvan qondarma soyqırımı belə anır

İrəvan qondarma soyqırımı belə anır (Video)

Bölmə: Xəbər, Dünya
İrəvan qondarma soyqırımı belə anır Ermənistanda qondarma soyqırımın 100 illiyi qeyd edilir."Xalqinfoun məlumatına görə, qondarma soyqırım tədbirlərində cəmi 4 ölkənin prezidenti iştirak edir.

Rusiya prezidenti Vladimir Putin İrəvanda “qondarma erməni soyqırım” memorial kompleksini ziyarət edib. Bunadək o, "soyqırım" muzey-institutuna baş çəkib, xatirə kitabına ürək sözlərini yazıb. Rusiya dövləti hələ 1995-ci ildə “erməni soyqırımı”nı tanıyıb.

Fransa prezidenti Fransua Olland da qondama soyqırım abidəsinə baş çəkib. Fransa dövləti hələ 2001-ci ildə erməni soyqırımı tanıyan qərar qəbul edib.

Rəsmi mərasimdə Fransa prezidenti çıxış edib, o 1915-ci il hadisələri “insanlıq əleyhinə cinayət” adlandırıb.

Fransa və Rusiya prezidentlərinin İrəvana gəlməsini Türkiyənin baş naziri Əhməd Davudoğlu da şərh edərək vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkələrin dövlət başçılarının İrəvanda olması Minsk qrupu üzvü kimi onların qərəzsiz fəaliyyətini şübhə altına alır.

“Rusiya və Fransa prezidentlərinin qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü tədbirlərində iştirak üçün İrəvana səfər etməsi ATƏT-in Minsk Qrupunun bitərəfliyini şübhə altına qoyur. Türkiyə, Rusiya və Fransadan Daglıq Qarabağ münaqişəsinin həllində daha ciddi yanaşma tələb edir”.

Türkiyənin baş naziri qeyd edib ki, Türkiyə hökuməti Putinin bu mövqeyi ilə əlaqədar lazımi tədbirləri görəcək.

Mənbə
ANS-TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler