» » Leyla Əliyevanın ağacəkmə aksiyası

Leyla Əliyevanın ağacəkmə aksiyası ağacəkmə aksiyası

Bölmə: Xəbər, Sosial
Leyla Əliyevanın ağacəkmə aksiyası"Xalqinfo"un məlumatına, uzun illər həmin ərazidə yaşayan insanların istirahət və sağlamlığına xidmət edən ağacların məhv edilməsi şəhərinin ətraf mühitinin zədələnməsi və əhalinin sağlamlığına ciddi təhdidə çevrilə bilərdi. Ölkənin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə çalışan və bu sahədə böyük uğurlar qazanan IDEA İctimai Birliyi bu məsələyə biganə qalmayıb. Bu səbəbdən, İB-in təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ərazidə yaşıllıqların bərpası təmin olunub.

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənən ağacəkmə aksiyasına paytaxtın müxtəlif yerlərindən 100-dən çox gənc qoşulub.

Tədbir zamanı bildirilib ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox” proqramı tərəfindən son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olan 125 şikayətə baxılıb və onların müsbət həlli istiqamətində işlər görülüb. Proqramın uğurlu icrası nəticəsində paytaxtda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.

Qabaqlayıcı tədbirlərlə yanaşı, IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 4 milyondan artıq ağac əkilib. Bu proses hazırda da IDEA-nın “Yaşıl marafon” layihəsi çərçivəsində respublika ərazisində davam etdirilir.

IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətinin yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.


IDEA İctimai Birliyi vətəndaşları Bakı şəhərində yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı xüsusi yaradılan qaynar xəttə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.
Mənbə
Anspress.com
Leyla Əliyevanın ağacəkmə aksiyası
Leyla Əliyevanın ağacəkmə aksiyası
Leyla Əliyevanın ağacəkmə aksiyası
Leyla Əliyevanın ağacəkmə aksiyası
Leyla Əliyevanın ağacəkmə aksiyası
Leyla Əliyevanın ağacəkmə aksiyası
Leyla Əliyevanın ağacəkmə aksiyası
Leyla Əliyevanın ağacəkmə aksiyası
Leyla Əliyevanın ağacəkmə aksiyası

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler