» » BQXK girovlarımızla

BQXK girovlarımızla görüşüb

Bölmə: Xəbər
BQXK girovlarımızla Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri Xankəndidə qanunsuz olaraq mühakimə edilən kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

"Xalqinfo" bildirir ki,bu barədə məlumatı ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova verib. Görüşün aprelin 21-də keçirildiyi bildirilib. "BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək", - deyə İlahə Hüseynova əlavə edib.

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün keçmişdilər. Ermənilər H.Həsənov qətlə yetiriblər, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. D.Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler