» » Baş nazir sual qarşısında

Baş nazir sual qarşısında lal oldu

Bölmə: Xəbər, Dünya
Baş nazir sual qarşısındaBöyük Britaniyanın Baş naziri Devid Kemeron ölkə vətəndaşlarını təəcübləndirib. O, seçkiqabağı kampaniyası çərçivəsində BBC-yə verdiyi müsahibədə ölkədə minimum yaşayış səviyyəsinin nə qədər təşkil etdiyini bilməyib.

Xalqinfo.az-ın məlumatına görə, dinləyicilərdən biri baş nazirdən soruşub ki, o, minimal maaş ilə yaşaya bilərmi? Aparıcı isə öz növbəsində dəqiqləşdirib: "Kemeron minimal maaşın nə qədər olduğunu bilirmi?"

Hökumət başçısı "bu, müxtəlif sahələrdə müxtəlif cürdür. Mən bu rəqəmləri başımda saxlamıram",- deyə cavab verib.

Leyboristlər Partiyasının kölgə kabinetində biznes və sahibkarlıq işləri üzrə naziri Çuka Umunn bunu belə şərh edib: "Devid Kemeron nümayiş etdirib ki, o, real həyatdan tamamilə uzaqlaşıb. Təəccüblü deyil ki, Tori (Kemeronun ləqəbidir) üçün heç nə, o cümlədən işləyən fəhlələr maraqlı deyil."

Ümumiyyətlə, Londonda yaşam minimumu 9,15 funt sterlinq, Böyük Britaniyanın qalan hissəsində isə 7,85 funt sterlinq təşkil edir.

Xatırladaq ki, Böyük Britaniyada ümumi seçkilər mayın 7-də keçiriləcək. Əsas rəqiblər konservatorların lideri Devid Kemeron və leyboristlərin lideri Eda Milliband ictimai rəy sorğularının nəticəsinə görə praktik olaraq eyni səsə malikdilər. Bu isə təkbaşına hökumət yaratmaq üçün əsas yaratmır.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler