» » Xocalı Şəhidləri Abidəsinin açılışı oldu - Türkiyədə

Xocalı Şəhidləri Abidəsinin açılışı oldu - Türkiyədə

Bölmə: Xəbər, MANŞET
Xocalı Şəhidləri Abidəsinin açılışı oldu - TürkiyədəTürkiyənin İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Xocalı Şəhidləri Abidəsinin açılışı olub.

Mərasimdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, hər iki ölkədən olan ictimaiyyətin görkəmli nümayəndələri, elm və sənət adamları, mədəniyyət xadimləri, QHT rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
İştirakçılar üzərində “İşğalçı ordu Qarabağdan dəf olsun!”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımını törədənlərə bəraət yoxdur!” kimi yazlar olan plakatlarla abidənin ətrafına toplaşıblar. Ermənistanın işğalçı siyasətini ittiham edən şüarlar səsləndirilib.

Məlumat verilib ki, Xocalı Şəhidləri Abidəsi Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən inşa olunub.

Açılış mərasimində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, TADEF-in sədri Bilal Dündar, İzmit bələdiyyəsinin sədri Nevzət Doğan və başqaları çıxış ediblər. Ermənilərin zaman-zaman Azərbaycan və Türkiyəyə qarşı törətdikləri ağır cinayətlərdən bəhs edən natiqlər qeyd ediblər ki, ermənilər cinayətlərini ört-basdır etmək üçün uydurma “erməni soyqırımı” mövzusunu ortaya atıblar.
Çıxışlarda qeyd olunub ki, saxta “erməni soyqırımı” mövzusu ilə dünya ictimaiyyətini aldatmağa cəhd edənlər Xocalı soyqırımını törədən Ermənistan dövlətinin hərbi cinayətlərinə ədalətli münasibət bildirsələr bu yanaşma dünyada sülh və əmin-amanlıq yaratmaq üçün faydalı olar.
Bu abidənin qurulması Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı ermənilərin iç üzünü, əsl xislətini bir daha açıb dünyaya göstərdi və uzun illərdən bəri törətdikləri bəşəri cinayətlərin real təsdiqi kimi yaddaşlara həkk olunub.

Sonra abidənin açılışı olub. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. (AZƏRTAC)

Xocalı Şəhidləri Abidəsinin açılışı oldu - TürkiyədəXocalı Şəhidləri Abidəsinin açılışı oldu - Türkiyədə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler