» » Erməni Analitiki: Ermənistan artıq dövlət deyil

Erməni Analitiki: Ermənistan artıq dövlət deyil

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Erməni Analitiki: Ermənistan artıq dövlət deyilNATO hazırda Ermənistana istisna olaraq Rusiyaya xidmət göstərən agentura ölkəsi kimi baxır.

Xalqinfo.az bildirir ki, bu barədə erməni şərhçi İqor Muradyan bu gün dərc etdirdiyi məqaləsində bildirib.

Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin Ermənistanla Azərbaycan arasında müharibə riski barədə bəyanatına toxunan analitik bildirib ki, NATO-nun mümkün müharibə üzrə ssenarisi yoxdur.

“Amma silahlı münaqişə başlamasını istisna etmək olmaz. Bu, yalnız daxili vəziyyətin inkişafından qaynaqlana bilər. Türkiyə belə olan durumda özünü həddindən gözlənilməz aparacaq”, - deyə Muradyan vurğulayıb.

Analitik müharibə olarsa, İrəvanın Qərbdən heç bir yardım ala bilməyəcəyini bildirir: “İndi əminliklə demək olar: Ermənistan artıq nə NATO-ya, nə də Qərbə lazım deyil… Qərbdə Ermənistana heç cür baxa bilmirlir, çünki o, artıq dövlət deyil”.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler