» » Canavar sürüsü kəndə hücum etdi

Canavar sürüsü kəndə hücum etdi (Foto)

Bölmə: Xəbər
Canavar sürüsü kəndə hücum etdiBərdədə canavarlar qoyun sürüsünə hücum edib.

XAlqinfo.az bildirir ki,ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdənin Əyricə kəndi ərazisindəki fermalardan birində baş verib.

Gecə saat 4 radələrində tövləyə hücum edən canavarlar 8 qoyunu parçalayıb.

Təsərrüfatında 10 baş iribuynuzlu mal-qara, 80 baş qoyun saxlayan fermer Güloğlan Nəbiyev ərazidə əvvəllər də buna oxşar hadisələrin baş verdiyini bildirib. Ona 3000 manata yaxın ziyan dəydiyini deyən Güloğlan Nəbiyev, heyvanlarının sığortalanmadığını bildirib.

Hadisə baş verən əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da gəlib.

Bərdə rayon Baytarlıq İdarəsindən isə bildirdilər ki, parçalanmış heyvanların cəsədləri baytar həkimlərinin nəzarəti altında yandırıldıqdan sonra basdırılacaq.
Canavar sürüsü kəndə hücum etdi
Canavar sürüsü kəndə hücum etdi
Canavar sürüsü kəndə hücum etdi
Canavar sürüsü kəndə hücum etdi
Canavar sürüsü kəndə hücum etdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler