» » Ramil Usubov Türkiyə Silahlı Qüvvələrinin tibb komandanını

Ramil Usubov Türkiyə Silahlı Qüvvələrinin tibb komandanını qəbul etdi

Bölmə: Xəbər, Sosial
Ramil Usubov Türkiyə Silahlı Qüvvələrinin tibb komandanınıDaxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyə Silahlı Qüvvələrinin tibb komandanı, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xalqinfo.az bildirir ki,Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanda ordu quruculuğunda, o cümlədən DİN-in Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu, qardaş ölkənin ali hərbi məktəblərində və Polis Akademiyasında Daxili İşlər Nazirliyinin xətti ilə 700-dən çox hərbi qulluqçu və müdavimin təhsil aldığını xüsusi qeyd edib və buna görə minnətdarlığını bildirib.

Səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən general-polkovnik Ömər Paç Azərbaycana səfərindən şərəf duyduğunu, qısa zaman kəsiyində Azərbaycanın olduqca sürətli və modern bir inkişaf yolu keçməsindən məmnunluğunu ifadə edib.

Mənbə
APA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler