Qalib Yəmən oldu

Bölmə: Xəbər, Dünya
Qalib Yəmən Ərəbistanın Yəmənə qarşı 27 günlük hücumları və onun başa çatmasının elan edilməsi bu ölkəyə qarşı hərbi əməliyyatların məğlubiyyəti idi.

Xalqinfo.az-ın məlumatına görə, bunu İran parlamentinin spikeri Əli Laricani Məclisin plenar iclasında deyib.

"Səudiyyə Ərəbistanı öz məqsədlərinə çata bilmədi. 27 günlük Yəmən müharibəsinin qalibi Yəmən xalqı oldu. Yəmən xalqı öz müqaviməti ilə təcavüzkarları peşman etdi. Yəmənin "Skat" raketlərinə malik olmasının Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid etməsi barədəki iddialar da gülüncdür. Əslində Səudiyyə Ərəbistanı öz silah-sursat anbarlarını ABŞ və Fransadan aldığı silahlarla doldurmaqla, digər ölkələr üçün təhdid sayıla bilər", - Laricani belə deyib.

Əli Laricani həmçinin bildirib ki, İran hücumların başlandığın andan etibarən onların İsrailin maraqlarına xidmət etdiyini bəyan edib.
Mənbə
Anspress.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler