» » Paytaxtda oteldə qətllə bağlı

Paytaxtda oteldə qətllə bağlı yeni məlumat

Bölmə: Xəbər, Kriminal
Paytaxtda oteldə qətllə bağlı Daxili İşlər Nazirliyi “Avropa” otelində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

XALQİNFO.AZ ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata əsasən bildirir ki,, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler