» » İntiqam Əliyevin vəkilləri müdafiə nitqi söyləyib

İntiqam Əliyevin vəkilləri müdafiə nitqi söyləyib

Bölmə: Xəbər
İntiqam Əliyevin vəkilləri müdafiə nitqi söyləyibBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Şəhla Hümbətova, Cavad Cavadlı, Elçin Sadıqov, Fəxrəddin Mehdiyev çıxış ediblər. Onlar müdafiə etdikləri şəxsin günahsız həbs olunduğu, hər hansı cinayət əməli törətmədiyini bilidiriblər.

Vəkillər İntiqam Əliyev barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Məhkəmə prosesi sabah davam edəcək.


Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler