» » İran prezidenti

İran prezidenti zidd hesab edir

Bölmə: Xəbər, Dünya
İran prezidenti "Yəmənin daxili işlərinə qarışmaq beynəlxalq qaydalara ziddir".

Xalqinfo.az-ın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Cakartada keçirilən Asiya-Afrika ölkələri başçılarının zirvə toplantısına qatılmaq üçün İndoneziyaya səfərindən əvvəl Tehranın Merhabad hava limanında jurnalistlərə açıqlamasında deyib. Ruhani Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlardan danışarkən, İranın mövqeyini bir daha vurğulayıb.

"Ümid edirəm ki, Cakarta iclasında bizim bölgədə gedən proseslər, o cümlədən Yəmən məsələsi barədə faydalı müzakirələrimiz olacaq. Təəssüf ki, bu gün bölgədə bəzi məsuliyyətsiz ölkələrin digər ölkələrin, o cümlədən Yəmənin daxili işlərinə müdaxiləsinin şahidi oluruq. Bu müdaxilə İslam hökmlərinə uyğun olmamaqla yanaşı, beynəlxalq qaydalara da ziddir. Hesab edirik ki, Yəmənə hərbi müdaxilə problemin həlli yolu deyil və hazırkı böhranı Yəmən xalqının özü atəşkəs və danışıqlar yolu ilə həll etməlidir." - Ruhani belə deyib.

Yəmən məsələsində İran husi üsyançıları, Səudiyyə Ərəbistanı Yəmənin isə ölkədən qaçmış qanuni prezidenti Əbdrəbbu Mansur Hadini dəstəkləyir. Bu isə iki ölkənin münasibətlərinə ciddi xələl gətirib.
Mənbə
Associated Press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler