» » “Qafqaz Əmirliyi”nin lideri

“Qafqaz Əmirliyi”nin lideri öldürüldü (Foto)

Bölmə: Xəbər, Dünya
“Qafqaz Əmirliyi”nin lideri Dağıstan Muxtar Respublikasında növbəti anti-terror əməliyyatı həyata keçirilib.

Xalqinfo.a bildirir ki,Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Buynaks şəhərətrafında xüsusi əməliyyatın gedişatında üç döyüşçü öldürülüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlardan biri “Qafqaz Əmirliyi”nin lideri Əliaşkab Kebekov (Ali Abu Muhammad Dağıstani kimi tanınır – Ö.D.)) ola bilər. Xəbərdə bildirilir ki, döyüşçülər bazar günü evin altındakı bunkerdə gizləniblər. Onlar təhlükəsizlik əməkdaşlarının təslim olmaq barədə tələbinə rədd cavabı veriblər. Silahlı qarşıdurmadan əvvəl döyüşçülər evdə olan bir neçə uşağı çölə buraxıblar.

Xüsusi əməliyyatın iştirakçıları arasında itki yoxdur. Evin isə qismən dağıldığı bildirilir.

Qeyd edək ki, “Qafqaz Əmirliyi” 2007-ci ildə yaradılıb. Onun keçmiş lideri Doku Umarov 2011-ci ildə “Domodedovo” aeroportunda və 2010-cu ildə Moskva metrosunda partlayışlarda ittiham olunur. Təşkilat Rusiya tərəfindən dini ekstremizm ideyaların təbliğində günahlandırılır. Rusiya Federasiyasının Ali məhkəməsi 2010-cu ilin fevral ayında “Qafqaz Əmirliyi”ni terror təşkilatı kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib.

2014-cü ilin martında Şimali Qafqaz döyüşçüləri xəbər verdilər ki, Kebekov Doku Umarovun ölümündən sonra “Qafqaz Əmirliyinə” başçı təyin edilib.
Mənbə
Publika.az
ABŞ-ın Maliyyə Nazirliyi də ötən ay Əliaşkab Kebekova qarşı sanksiyalar tətbiq edib. Onun adı terrorçuların siyahısına salınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler