» » Ceyhun Osmanlının atasına vəzifə verildi

Ceyhun Osmanlının atasına vəzifə verildi

Bölmə: Xəbər
Ceyhun Osmanlının atasına vəzifə verildiMillət vəkili Ceyhun Osmanlının bir müddət əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin müavini vəzifəsindən azad olunan atası Yunus Osmanova vəzifə verilib.

“A24.az”ın məlumatına görə, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının ləğv edilməsi ilə əlaqədar Yunus Osmanov da Göyçay Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsindən kənarlaşdırılıb. O, həmçinin, rayon icra başçısı yanında Şuranın da siyahısından çıxarılıb.

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, Y.Osmanov hazırda icra başçısının iqtisadi məsələlər üzrə müavininin (həmçinin, Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri) aqrar məsələlər üzrə müavini vəzifəsinə təyinat alıb. O, İcra Hakimiyyətində əvvəlki profili üzrə öz işini davam etdirəcək.

Millət vəkili Ceyhun Osmanlı da atasının yeni vəzifə təyinatını təsdiqləyib: “Digər rayonlarda olduğu kimi, atam Yunus Osmanov da Göyçay Rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin nəzdində aqrar məsələlərlə məşğul olacaq”.

Xatırladaq ki, bu il martın 18-də ölkə başçısı “”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən “Başçının müavini – Aqrar məsələlər şöbəsi müdiri vəzifələri ləğv edilib.

“A24.az”ın məlumatına görə, artıq bütün rayonlarda icra başçılarının ləğv edilən aqrar məsələlər üzrə müavinləri vəzifəsini tutan şəxslər və onların tabeçiliyində olan işçilər yeni vəzifələrlə təmin olunub. Vəzifəsiz qalan müavinlər icra başçısının iqtisadi məsələlər üzrə müavini və Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavinləri vəzifəsinə təyinat alıblar.

Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nurəddin Bayramov məlumatı təsdiqləyib. O vurğulayıb ki, ölkə başçısının fərmanına uyğun olaraq təmsil etdiyi rayonda da bu vəzifə bölgüsü ilə bağlı iş başa çatdırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler