» » Nəqliyyatçılar Türkmənistanda

Nəqliyyatçılar Türkmənistanda görüşdülər

Bölmə: Xəbər
"Azərbaycan Dəmir Yolları" QSC-ni sədr Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib Nəqliyyatçılar Türkmənistanda


Nəqliyyatçılar Türkmənistanda bir araya gəliblər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətini sədr Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Xalqinfo.az bildirir ki,"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən ANS PRESS-ə verilən məlumata görə, Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Türkmənistan Nazirlər Kabineti sədrinin nəqliyyat və rabitə məsələləri üzrə müavini Satlık Satlıkovla görüş keçirilib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Gürcüstan Dəmir Yolları" SC-nin, "Azərbaycan Xəzər Gəmiçiliyi" SC-nin və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nümayəndələri iştirak ediblər.

Tədbirdə Avropa-Qafqaz-Asiya (TRASEKA) beynəlxalq nəqliyyat dəhlizi üzrə Türkmənistan vasitəsilə idxal-ixrac yüklərinin tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması, iştirakçı dövlətlərin limanlarından istifadə etməklə onlar arasında beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə komitənin yaradılması məsələləri müzakirə olunub.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler