» » 9 növdə Azərbaycana

9 növdə Azərbaycana təklif edildi

Bölmə: Xəbər
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Belorusun Azərbaycandakı səfiri ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Belarusun Azərbaycandakı səfiri  9 növdə Azərbaycana Nikolay Patskeviç və BELAZ holdinqinin direktoru Petr Parxomçik də iştirak ediblər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan dəmiryolçuları Beloruslu həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verirlər.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç dəmir yolu nəqliyyatı və daşımalar sahəsində Belarus-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb.

BELAZ holdinqinin direktoru Petr Parxomçik çıxış edərək BELAZ şirkətinin tərkibində fəaliyyət göstərən Magilyov zavodunda istehsal olunan 9 növ dəmir yolu vaqonunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təklif edib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler