Bakıda qanlı olay

Bölmə: Xəbər, Kriminal
BakıdaBakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xalqinfo.az bildirir ki,Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 18-də saat 18:15 radələrində Bibi-Heybət qəsəbəsində Orxan Tarverdiyev bıçaqlanıb.

Hadisə barədə məlumat daxil olan kimi Səbail rayon Polis İdarəsi və 8-ci polis bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin üstü isti izlərlə açılıb.

Əməliyyat nəticəsində Orxan Tarverdiyevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Astara rayon sakini, 1999-cu il təvəllüdlü Elşən Ramil oğlu Əliyev tutulub.

Faktla bağlı araşdırmalar davam edir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler