» » Ticarət mərkəzlərində işıq bərpa olundu

Ticarət mərkəzlərində işıq bərpa olundu

Bölmə: Xəbər
Ticarət mərkəzlərində işıq bərpa olundu“Laçın” və “Xalqlar Dostluğu” ticarət mərkəzinə elektrik enerjisinin verilişi bərpa edilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə qafqazinfo-ya ticarət mərkəzindən məlumat verilib. Bildirilib ki, işığın kəsilməsi daxili transformatorda yaranan nasazlığa görə baş verib. Artıq problem həll edilib. Ticarət mərkəzi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, üç gün bundan öncə günorta saatlarında hər iki ticarət mərkəzinin işıqlarının qəflətən kəsilməsi barədə mediada məlumatlar yayılmışdı. Satıcıların sözlərinə görə, müdiriyyət kəsintinin səbəbinin transformatorlarda yaranan problemlə əlaqəli olduğunu bildirib. Ancaq satıcıların iddialarına əsasən, kəsintinin səbəbi hər iki ticarət mərkəzinin "Azərişıq"a külli miqdarda borcu olması ilə bağlıdır.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev mətbuata açıqlamasında bildirib ki, ticarət mərkəzlərindəki elektrik kəsintisinin səbəbi “Azərışıq”la bağlı deyil: “Problem ticarət mərkəzlərinin daxilindədir. “Biz nə borca, nə də yenidənqurma işlərinə görə heç bir ticarət mərkəzinin işığını kəsməmişik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler