» » AŞPA-da yaz iclası

AŞPA-da yaz iclası başlayır

Bölmə: Xəbər, Dünya
AŞPA-da yaz iclası Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-dən 24-dək Strasburqda yaz sessiyası keçiriləcək.

Xalqinfo.az-ın məlumatına görə,Milli Məclisdən ANS PRESS-ə bildirilib ki, sessiyaya Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyəti də qatılacaq. Nümayəndə heyətinə Səməd Seyidovun başçılıq edir. Heyətə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiya zamanı Ukraynada vəziyyət, İŞİD terrorçu qrupun fəaliyyətinin nəticələri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması, Monako ilə monitorinq sonrası dialoq, Avropa İnsan Hüquqları Konvensiyasının səmərəliliyi və s. mövzularda qızğın müzakirələr aparılacaq.

Tədbirdə müvafiq məsələlər üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatların çıxışları nəzərdə tutulub.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler