» » Rusiyanın 200 milyarderi –

Rusiyanın 200 milyarderi – siyahıda azərbaycanlılar da var

Bölmə: Xəbər, BLOK XƏBƏR
Rusiyanın 200 milyarderi – “Forbes” jurnalı Rusiyanın ən varlı 200 biznesmeninin siyahısını tərtib edib.

aznews.az xəbər verir ki, siyahıda azərbaycanlı biznesmenlərin adları var. Məşhur biznesmenlər Araz Ağalarov və Telman İsmayılovun da adı həmin siyahıdadır.

200 ən varlı biznesmen siyahısına “İnterros”un prezidenti Vladimir Potanin başçılıq edir. O, 15,4 milyardlıq sərvətlə Rusiyanın ən varlı biznesmeni seçilib. 2011-ci ildə isə onun sərvəi 17,8 milyard təşkil edib.

İkinci yerdə isə ötən illə müqayisədə 3milyard “kasıblayan” Mixail Fridman qərarlaşıb. Onun sərvəti 14,6 milyarddır və “Alfa-qrup”a rəhbərlik edir.

“USM Holding”in yaradıcısı Alişer Usmanov isə 1 ildə 4,2 milyard itirib və 14,4 milyardla siyahının üçlüyünü tamamlayır.

Azərbaycanlı biznesmen Vahid Ələkbərov Rusiyanın ən varlı 6-cı adamıdır. O, “Lukoyl” şirkətinin prezidentidir və 12,2 milyard sərvətə sahibdir.

“Crocus Group”un sahibi olan Araz Ağalarov isə 1,9 milyard dollarla 46-cı yerdədir.

İST Telman kimi məşhur olan Azərbaycan əsilli biznesmen Telman İsmayılovun kapitalı 0,15 milyard azalaraq 0,6 milyard dollar olub. O, 200 biznesmen arasında 144-cüdür.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler