» » Böhrandan Ağalarov qazandı, AST Telman itirdi -

Böhrandan Ağalarov qazandı, AST Telman itirdi - Forbesin yeni siyahısı

Bölmə: Xəbər
Böhrandan Ağalarov qazandı, AST Telman itirdi -

Forbes jurnalı Rusiyanın 2015-ci il üzrə ən varlı insanlarının siyahısını dərc edib.

“Qafqazinfo” xəbər verir ki, ölkədəki krizis 200 milyarderin yer aldığı siyahıda bəzi dəyişikliklərlə müşahidə olunub. “İnterros”un prezidenti Vladimir Potanin 15,4 milyardlıq sərvətlə ilk dəfə olaraq siyahıya liderlik edib. İkinci yerdə sərvəti 3 milyard dollar azalan “Alfa-qrup”un sahibi Mixail Fridman 14,6 milyardla qərarlaşıb.

Son üç ildə liderliyini qoruya bilən Alişer Usmanovun isə sərvəti 4,2 milyard dollar azalıb və 3-cü yerə düşüb.

Siyahıda həmçinin 3 azərbaycanlı iş adamı da yer alıb. Altıncı yerdə qərarlaşan “Lukoyl”un prezidenti Vahid Ələkbərovun sərvəti ötən illə müqayisədə 1,4 milyard azalaraq 12,2 milyard dollara enib.

“Krokus Siti”nin rəhbəri Araz Ağalarov isə krizis durumuna baxmayaraq, sərvətini 0,1 milyard dollar artıraraq 46-cı yerdə qərar tutub.

Digər iş adamı Telman İsmayılov isə 0,15 mld. dollar itirərək 144-ci yerdədir.

Builki reytinq sıralamasına ilk dəfə olaraq iki qadın biznesmen də düşə bilib. Reytinqdə ən gənc milyarder isə 0,5 milyard sərvətlə 19 yaşlı Deni Bajaevdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler