» » Nazirin işdən çıxardığı qardaşı oğlu imiş

Nazirin işdən çıxardığı qardaşı oğlu imiş

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Nazirin işdən çıxardığı qardaşı oğlu imişNəqliyyat naziri Ziya Məmmədovun işdən çıxardığı şəxsin kimliyi bəlli olub.


qafqazinfo xəbər verir ki, Rövşən Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Nazir onu "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi vəzifəsindən azad edib.

R. Məmmədovun atası Loğman Məmmədov isə Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edir.

Nazirin qardaşı oğlunun yerinə təyinat alan şəxs isə Elmixan Hacıyevdir. O, əvvəl nazirlikdə təhlükəsizlik xidmətində işləyib.

Qeyd edək ki, ötən il Loğman Məmmədovun qızı Günay Ələsgərova avtomobil qəzasında dünyasını dəyişib.

Xatırladaq ki, Rövşən Məmmədov 2012- ci ildə bu vəzifəyə təyin edilib. O vaxta qədər MMC-nin rəisi Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler