» » Ziya Məmmədov Bakı Nəqliyyat İdarəsinin rəisini işdən çıxardı

Ziya Məmmədov Bakı Nəqliyyat İdarəsinin rəisini işdən çıxardı

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Ziya Məmmədov Bakı Nəqliyyat İdarəsinin rəisini işdən çıxardıNəqliyyat naziri Ziya Məmmədov daha bir kadr dəyişikliyi edib.

Xalqinfo.az lent.az-a istinadən xəbər verir ki,, nazirliyin ”Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi Rövşən Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Elman adlı şəxs təyin olunub. Yeni rəisin bundan öncə Daxili Qoşunlarda xidmət etdiyi bildirilir.

İdarənin əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində Nəqliyyat Nazirliyi tərəfindən formalaşdırılan vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər görməkdir. Bundan başqa, adıçəkilən qurum tabeliyində olan nəqliyyat müəssisələrinin səmərəli və fasiləsiz işləməsini təmin etmək, onların idarə olunmasını həyata keçirmək, müqavilə əsasında müvafiq ərazidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əhaliyə nəqliyyat xidmətləri göstərilməsinə cəlb etmək, şəhər nəqliyyatının inkişafına yönəldilmiş proqramların hazırlanması və onların yerinə yetirilməsini təmin etməkdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler