» » “Alim Qasımovun oğlunun günahı yoxdur” –

“Alim Qasımovun oğlunun günahı yoxdur” – Qəza ilə bağlı açıqlama

Bölmə: Xəbər, Mədəniyyət, BLOK XƏBƏR
“Alim Qasımovun oğlunun günahı yoxdur” – Xəbər verildiyi kimi, dünən Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində xalq artisti Alim Qasımovun oğlu Qadir Qasımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili "İsuzu" markalı avtobusla toqquşub.
Nəticədə Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Alim Qasımovun köməkçisi Səadət Möhübova bu olaya öz münasibətini bildirib.

O, aznews.az-a deyib ki, baş verən hadisədə Alim müəllimin oğlunun günahı olmayıb: “O, hazırda evdədir, heç bir xəsarət almayıb. Hadisə zamanı yalnız maşınının bir tərəfini vurublar. Polislər araşdırıb, günah avtobusun sürücüsündədir”.

Qeyd edək ki, Alim Qasımov hazırda Azərbaycanda yoxdur.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler